D. Peskov:“Türkiyə-Rusiya hərbi səlahiyyətlilər arasında danışıqlar davam edir”

Rusiya və Türkiyə hərbi səlahiyyətliləri Suriya rejiminin həyata keçirdiyi və 6 Türk əsgərin şəhid olduğu hücum ilə bağlı danışıqlar edirlər. Bunu Kremlin sözçüsü Dmitriy Peskov deyib.

1352299
D. Peskov:“Türkiyə-Rusiya hərbi səlahiyyətlilər arasında danışıqlar davam edir”

 

  “Rusiya və Türkiyə hərbi səlahiyyətliləri Suriya hökumətinin həyata keçirdiyi və 6 Türkiyə əsgərin şəhid olduğu hücumla bağlı danışıqlar aparır”. Bunu Kremlin sözçüsü Dmitri Peskov deyib.

  D.Peskov paytaxt Moskvada mətbuata verdiyi açıqlamada fevralın 2-də İdlibdə Türkiyə əsgərlərinin hədəfə götürüldüyü hücumdan sonra Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında hələ danışıq olmadığına diqqət çəkərək deyib: "Rusiya və Türkiyə hərbi səlahiyyətliləri arasında bölgədə cərəyan edən hadisələrə dair danışıqlar aparılır. Ancaq yüksək səviyyəli görüşlər olmayıb. Liderlərin yaxında görüşü gözlənir. Rusiya İdlib bölgəsindəki terror qruplaşmalarının fəaliyyətlərindən narahatdır”.

  Qeyd edək ki, Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında qeyd edilib ki, İdlibdəki hadisələrin qarşısını almaq üçün bölgəyə cəlb olunan qüvvələrin yerləri daha əvvəldən koordinasiya olunub, buna baxmayaraq rejim qüvvələri onlara hücum edib. Beşi əsgər, biri mülki personal olmaqla 6 nəfər şəhid olub.



Әlaqәli Xәbәrlәr