Çində yaşayan Türkiyə vətəndaşlarının təxliyəsi üçün hazırlıqlar yekunlaşdı

Yeni növ koronovirus epidemiyasının yaşandığı Çinin Uxan şəhərindəki Türkiyə vətəndaşlarını ölkəyə gətirəcək hərbi təyyarə Kayseri şəhərindən paytaxt Ankaradakı Etimesgut Hərbi Hava Limanına gəldi.

1350320

Kayseridəki 12-ci Hava Nəqliyyat bazasından qalxan Türkiyə Havva Qüvvələrinə məxsus “A400M” yük təyyarəsi Səhiyyə Nazirliyi tərəfindən planlaşdırılan böyük təxliyə əməliyyatı çərçivəsində səhiyyə ekipajlarını və avadanlıqları götürdükdən sonra Çinə hərəkət edəcək.

Təcili yardım təyyarəsi epidemiyanın yaşandığı Uxanda olan və Türkiyəyə qayıtmaq istədiklərini bildirən vətəndaşları səhiyyə ekipajları və infeksiya mütəxəssislərinin müşaiyətində Türkiyəyə gətirəcək.  

Әlaqәli Xәbәrlәr