“Qambiyanın bu qətiyyətli addımı digər Afrika ölkələrinə də nümunə oldu", R.T. Ərdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Qambiyaya səfəri zamanı həmin ölkənin prezidenti Adama Barrov ilə təkbətək və heyətlər arasında keçirilən görüşlərdən sonra Prezident Sarayında birgə mətbuat konfransında iştirak edib.

1348416
“Qambiyanın bu qətiyyətli addımı digər Afrika ölkələrinə də nümunə oldu", R.T. Ərdoğan

“Türkiyə Afrika ilə iqtisadi əlaqələri hər zaman ədalətli, balanslı və iki tərəfin də xeyrinə olacaq zəmində inkişaf etdirməyə cəhd göstərir”.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Qambiyaya səfəri zamanı həmin ölkənin prezidenti Adama Barrov ilə təkbətək və heyətlər arasında keçirilən görüşlərdən sonra Prezident Sarayında birgə mətbuat konfransında söyləyib.

Keçirdikləri görüşlərdə qarşılıqlı əlaqələrdən danışdıqlarını ifadə edən Ərdoğan Fətullahçı Terror Təşkilatının (FETÖ) təhsil qurumu adı altında göstərdiyi fəaliyyətlərə mane olan ilk ölkənin Qambiya olduğunu vurğulayaraq “Qambiyanın bu qətiyyətli addımı digər Afrika ölkələrinə də FETÖ ilə mübarizədə nümunə oldu” deyib.

İki ölkə arasındakı iqtisadi və ticarət əlaqələrinin arzu etdikləri səviyyədə olmadığını dilə gətirən Ərdoğan ikili ticarəti daha balanslı vəziyyətə qovuşdurmaq istədiklərini söyləyib.

Qambiya prezidenti Adama Barrov da illər ərzində Türkiyədən hər sahədə əhəmiyyətli dəstək və əməkdaşlıq gördüklərini bildirirək, iqtisadiyyatın müxtəlif sahələrində Türkiyə ilə güclü əlaqələr qurulduğunu vurğulayıb.

Birgə mətbuat kofransından əvvəl Ərdoğan və Barrovun da iştirak etdiyi mərasimdə iki ölkə arasında müxtəlif sahələrdə sazişlər imzalanıb.



Әlaqәli Xәbәrlәr