Ərdoğan və Merkel ortaq mətbuat konfransında gündəmi qiymətləndirdilər

Liviyalıları bu çətin günlərində tək buraxmamaqda qərarlı olduqlarını da söyləyən Ərdoğan fikirlərini belə ifadə edib...

1347058
Ərdoğan və Merkel ortaq mətbuat konfransında gündəmi qiymətləndirdilər

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Liviyada qanuni Feyik əl-Serrac hökumətini dəstəkləməyə davam edəcəklərini vurğuladı.

  Almaniya kansleri Angela Merkellə İstanbuldakı ikili görüşdən sonra təşkil edilən ortaq mətbuat konfransında Ərdoğan deyib:

  “Avropa İttifaqı və Qərb ölkələrinin suriyalılara daha çox və sürətli yardım etmələri, hər şeydən əvvəl, hümanist bir məsuliyyətdir.

  Bölücü terror təşkilatı PKK tərəfdarları hələ də Almaniyada türklərə qarşı hücumlar təşkil edir. Səfirliyimizin xidməti maşını təşkilat üzvləri tərəfindən atəşə verilib. Bu cür hücumları bir daha qınayırıq”.

  Liviyalıları bu çətin günlərində tək buraxmamaqda qərarlı olduqlarını da söyləyən Ərdoğan fikirlərini belə ifadə edib:

  "Liviya Milli Koalisiya Hökumətinə dəstək vermək Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının 2259 saylı qərarına uyğun bir öhdəlikdir. Türkiyə və Almaniya problemlərin dialoq yoluyla həllinə üstünlük verir, tərəfləri sağlam düşüncəyə çağırırıq. Regional mövzularda Almaniya ilə dialoqumuzu gücləndirərək davam etdirəcəyik."

  A.Merkel də öz növbəsindəki çıxışında bunları söyləyib:

  “Ərdoğanla görüşdə İdlibdən qaçanların vəziyyətini düzəltmək üçün maddi qatqıya hazır olduğumuzu dedik. Liviyada kövrək atəşkəsin möhkəm bir atəşkəsə çevrilməsi üçün səylərimizi artıracağıq.

  İdlibdən Türkiyəyə üz tutan vətəndaşlara sığınacaq düzəltmək üçün dəstək verə bilərik.

  Liviya ilə bağlı Berlin konfransında qəbul edilən maddələr BMT-nin Təhlükəsizlik Şurasında da təsdiqlənəcək”.



Әlaqәli Xәbәrlәr