Almaniya kansleri Türkiyədə

Almaniya kansleri Angela Merkel Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvətilə yanvarın 24-də Türkiyəyə səfərə gəlib.

Almaniya kansleri Türkiyədə

 

  Türkiyə Prezident Aparatı Mətbuat Xidmətinin məlumatına görə, Ərdoğan və Merkel arasında baş tutacaq görüşdə Türkiyə ilə Almaniya arasında ikitərəfli əlaqələr qiymətləndiriləcək, iki ölkə arasındakı əməkdaşlığın irəli pillələrə qaldırılması istiqamətində atılası addımlar, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlüyü, Türkiyə-Alyans münasibətləri, Gömrük Sisteminin yenilənməsi və viza rejimi kimi mövzular müzakirə ediləcək. Regional və beynəlxalq məsələlər, xüsusən Liviya və Suriyada cərəyan edən son proseslər də gündəmdə olacaq.

  Qeyd edək ki, A.Merkelin Türkiyə səfəri zamanı iki liderin iştirakı ilə Türkiyə-Almaniya Universitetinin yeni tədris ili və ictimai binasının rəsmi açılışında da iştirak edəcəklər. 

 



Әlaqәli Xәbәrlәr