Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.

Türkiyə 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan edib

 

  Türkiyə Respublikası tərəfindən 2020-2021-ci tədris ili üzrə təqaüd proqramı elan olunub.

  Türkiyə Təhsil Nazirliyindən bildirilib ki, təqaüd proqramı bakalavriat, magistratura və doktorantura səviyyələrini əhatə edir.

  Proqramda iştirak üçün sənədlərin qəbulu https://turkiyeburslari.gov.tr/en/page/prospective-students/how-to-apply internet səhifəsində göstərilən qaydada həyata keçirilir. Sənəd qəbulunun son müraciət günü fevralın 20-dəkdir.

  Təqaüd proqramı tələbələr üçün nəzərdə tutulmuş təhsil haqqı, yataqxana, sığorta və yol xərclərini əhatə edir.

  Müraciət edən namizədlər bakalavriat səviyyəsi üzrə 21 yaş, magistratura səviyyəsi üzrə 30 yaş, doktorantura səviyyəsi üzrə isə 35 yaşdan aşağı olmalıdır.



Әlaqәli Xәbәrlәr