Türkiyənin xarici işlər naziri Misirə reaksiya göstərdi

Xarici işlər naziri Mövlud Çavuşoğlu televiziya proqramlarından birində xarici siyasətdəki son vəziyyəti qiymətləndirdi.

1341907
Türkiyənin xarici işlər naziri Misirə reaksiya göstərdi

 

Xarici işlər naziri Mövlud Çavuşoğlu televiziya proqramlarından birində xarici siyasətdəki son vəziyyəti qiymətləndirdi.

Nazir Çavuşoğlu açıqlamasında “Anadolu" xəbər agentliyinin Qahirədəki ofisinə Misir polisinin müdaxiləsi qəbuledilməzdir, vacib olan addımları atırıq” dedi.

“Daha əvvəl də narahatlıq doğuran hallar olub. Xüsusilə “Anadolu” agentliyində işləyən yerli insanlara istiqamətli olduğunu da görürük. Lakin nəticədə kimin olduğu əhəmiyyətli deyil, Misir polisinin bu hərəkəti qəbuledilməzdir. Açıqlamalarımızı da verdik. Həm Misirin burdakı missiyası nəzdində, həm də Qahirədəki Səfirliyimiz lazım olan görüşlər keçirildi. Pis rəftar edilmir, ancaq gözdağı verirlər.  Xüsusilə prezidentimizin (Misirin sabiq prezidenti) Mursinin ölümü ilə əlaqədar istintaqa ehtiyac olduğunu vurğulaması misirliləri agresif olmağa gətirib çıxardı. Son günlərdə Liviyada atəşkəs mövzusunda Rusiya ilə qət etdiyimiz məsafə yaxud cəhdlərimiz artınca Misirin biraz da agresif olmağa başladığını görürük” deyə Çavuşoğlu vurğulayıb.

 

 



Әlaqәli Xәbәrlәr