"Sənəd Hafterin də imzasını gözləyir", M.Çavuşoğlu

Sözügedən mövzu ilə bağlı danışıqlar aparmaq üçün 14 yanvarda Rusiyaya gedən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

"Sənəd Hafterin də imzasını gözləyir", M.Çavuşoğlu

 

  Liviyada tərəflər arasında atəşkəsin bərpasını nəzərdə tutan sənədi yanvarın 14-də Milli Koalisiya Hökumətinin başçısı Fayiz es-Sərrac imzalasa da, Hafter ayın 15-inədək vaxt istədi.

  Sözügedən mövzu ilə bağlı danışıqlar aparmaq üçün 14 yanvarda Rusiyaya gedən Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu bu ölkədə rusiyalı həmkarı Sergey Lavrovla görüşüb. Sonra mətbuata verdiyi açıqlamada M.Çavuşoğlu deyib: “Mümkün atəşkəs modellərini ehtiva edən bir layihə mətni hazırladıq. Sənəddə Hafterin tələbləri nəzərə alındı. Liviyanın baş naziri Sərrac və Liviya Dövlət Ali Şurasının rəhbəri Xalid əl-Mişri tərəfindən imzalandıqdan sonra Türkiyə heyətinə təhvil verilən sənəd Hafterin imzasını gözləyir. O isə imza üçün 1 günlük möhlət istəyib.”

 



Әlaqәli Xәbәrlәr