S.Soylu: "Suriyanın İdlib şəhərindən 312 min nəfər Türkiyə sərhədinə köç etdi

Daxili işlər naziri Süleyman Soylu1 dekabr 2019-cu ildən bəridir Suriyanın İdlib şəhərindən 312 min nəfər Türkiyə sərhədinə köç etdiyini bildirib.

S.Soylu: "Suriyanın İdlib şəhərindən 312 min nəfər Türkiyə sərhədinə köç etdi

1 dekabr 2019-cu ildən bəridir Suriyanın İdlib şəhərindən 312 min nəfər Türkiyə sərhədinə köç etdi.

Bu barədə açıqlamanı daxili işlər naziri Süleyman Soylu verib.

Soylu paytaxt Ankarada Təcili və Fövqəladə Hallar İdarəsində keçirilən “İdlibə yardım kampaniyası” mətbuat yığıncağında etdiyi çıxışda prezident prezident Rəcəb Tayyib Ərdoğanın təşəbbüsü ilə Liviya və İdlibdə atəşkəsin təmin edildiyini, bu sayədə ordakı insanların rahat nəfəs dərdikmərini vurğulayıb.

İdlibdə vətəndaş müharibəsi (2011-ci ildə başlamışdı) əvvəlində 1,5 milyon insanın yaşadığına, müharibə prosesində də fəal köç aldığına və bu günkü əhalisinin 3,7 milyon olduğuna işarə edən Soylu deyib:

“Son dövrdə baş verən hadisələr və toqquşmalar səbəbindən 1 dekabr 2019-cu il tarixindən etibarən indiyədək 312 min nəfər sərhədimizə yaxın yərlərə doğru keç etmişdir. Köç edənlərin 76 faizi qadın və uşaqdır. Sərhədimizdən kənarda 20 kilometrə qədər yaxınlıqda saldığımız 9 düşərgə sahəsinə gəlirlər. Bütün yardım təşkilatlarına dəstəklərinə görə təşəkkür edirik. Çadırdan ərzağa, səhiyyə yardımından qış yərtlərində orda ehtiyac duyulan bütün materiallara qədər, bütün yardım qurumlarımız əllərindən gələn köməkliyi göstərirlər. İndiyədək 217 min 320 ehtiyac sahibinə yardım çatdırılıb, ancaq bunlar kifayət etmir. ”



Әlaqәli Xәbәrlәr