Ərdoğan və Putinin Liviyadakı tərəflərə atəşkəs çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar günü saat 00:00-dan etibarəna döyüşləri dayandırmağa çağırıblar.

1337533
Ərdoğan və Putinin Liviyadakı tərəflərə atəşkəs çağırışı

Prezident Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin Liviyadakı bütün tərəfləri 12 yanvar günü saat 00:00-dan etibarəna döyüşləri dayandırmağa çağırıblar.

Prezident Ərdoğan və Rusiya prezidenti Putin İstanbulda verdikləri birgə açıqlamada   yanvarın 9-da İstanbulda açılan “Türk-axımı” təbii qaz boru kəməri regional məsələlərin həllinə töhfə verməklə yanaşı, xalqların ümumi maraqlarına xidmət etdiyini bildiriblər.

ABŞ və İran arasındakı gərginliyin artmasından və İraqdakı mənfi əks-sədalarından dərin narahatlığın ifadə edildiyi açıqlamada İran İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələri üzrə komandanı Qasım Süleymanini və müşaiyətindəkiləri yanvarın 3-də Bağdadda hədəf alan ABŞ-ın hava əməliyyatının bölgədəki təhlükəsizlik və sabitliyə mənfi təsir etdiyi vurğulanıb.

Birgə açıqlamanın Suriya başlıqlı hissəsində isə ölkənin suverenliyi, müstəqilliyi, siyasi birliyi və ərazi bütövlüyünün qorunmasına olan sadiqlik təsdiqlənib.

İki lider Liviyadakı proseslə əlaqədar isə bu çağırışı edib:

“Mövcud kritik şəraitdə və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə qarşıya qoyulan məqsədlər fonunda təşəbbüs göstərməyə qərar verdik. Bu çərçivədə Liviyadakı bütün tərəfləri toqquşmaları 12 yanvar günü saat 00:00 etibarı ilə dayandırmağa, sahədə sabitliyin təmin olunması və Tripoli ilə digər şəhərlərdə gündəlik həyatın adi axarına düşməsi üçün vacib olan tədbirlərlə dəstəklənən davam etdirilə biləcək atəşkəs elan etməyə, Liviya xalqının acılarına son qoymaq və ölkəyə sülh və rifahı yenidən gətirmək üçün dərhal müzakirə masasının ətrafında bir araya gəlməyə çağırırıq. Liviyalıların istisnasız bütün vətəndaşlarının maraqlarını nəzərdə tutan milli səviyyədə bir dialoq çərçivəsində, vətənlərinin gələcəyinə müstəqil şəkildə qərar verə biləcəklərinə dair inancımız tamdır.”



Әlaqәli Xәbәrlәr