2019-cu il Türkiyə üçün necə keçdi?

"Üç əhəmiyyətli hadisəyə imza atdıq..." İ.Kalın

2019-cu il Türkiyə üçün necə keçdi?

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın 2019-cu ilin Türkiyə üçün həm meydanda, həm masada uğurlu il olduğunu söylədi.

  Türkiyənin bir televiziya proqramında gündəmlə bağlı sualları cavablandıran İ.Kalın deyib:

  “Xarici siyasət baxımından 2019-cu il Türkiyə üçün həm meydan, həm də masada uğurlu bir il oldu.

  Üç əhəmiyyətli hadisəyə imza atdıq. Birincisi, “Fərat qalxanı” hərəkatından sonra “Sülh çeşməsi” əməliyyatıyla çox aydın şəkildə “Suriya meydanında Türkiyə olmadan plan cıza bilməzsiniz” mesajını verdik. İkincisi, Şərqi Aralıq dənizində qazma-arama işləriylə bağlı çox mühüm həmlə etdik. Hal-hazırda iki seysmik, iki qazma gəmimizin Şərqi Aralıq dənizində araşdırmaları sürür. Üçüncü hadisə isə Liviya ilə əlaqədardır. Ən son əldə etdiyimiz iki razılaşma, Liviya böhranı ilə bağlı təkliflərimiz, perspektiv imkanlar, siyasi duruşumuz – bütün bunlar 2019-cu ildə Türkiyənin həm meydan, həm masada güclü olduğunu göstərdi.

  Suriyada hər kəs özünə görə hesab aparırdı. “Sülh çeşməsi” hərəkatı bu hesabların bir çoxunu boşa çıxartdı.

  Liviyada böhran davam edir. Türkiyəyə bir neçə dəfə gələn və beynəlxalq cəmiyyətin tanıdığı Milli Koalisiya Hökuməti Kabinet Şurasının rəhbəri Fayez əl-Sərracın 27 noyabr Türkiyə səfəri zamanı iki müqavilə imzaladıq: bunlardan biri hərbi təhlükəsizlik və əməkdaşlıq, digəri isə dəniz donanması sahələrilə bağlıdır.

  Beynəlxalq ictimaiyyət Hafterə "dayan" deməzsə, Liviyada yeni bir vətəndaş müharibəsinin olması labüddür. Özü də çox qanlı bir vətəndaş müharibəsi ola bilər. Bu, təxminən 3 il əvvəlki Suriya planına bənzəyir. Hansı ölkədə siyasi strateji boşluq görürlər, oraya girirlər. Ən son Rusiya belə Liviyaya getmək istəyir. Amma əsas liviyalıların nə istədiyidir.

  Liviya ilə bağlı qanun layihəsi Məclisdə müzakirə olunub keçəndən sonra şərtlərə bir də baxılacaq. Onlar hərbi dəstək istəyir, ölkə başçımız da son qərarı verəcək. Beləliklə, biz də siyasi və texniki mənada Milli Koalisiya Hökumətini dəstəkləməyə davam edəcəyik.

  Birləşmiş Millətlər Təşkilatının bir Liviya müddəti var. Bu, tərəfləri bir araya gətirəcək, siyasi zamanın önünü açacaq, atəşkəsi təmin edəcək bir müddətdir. Bu işə Almaniya ev sahibliyi etmək istəyir. Yanvar ayının ikinci yarısına doğru bir zirvə toplantısının olması planlanır.”



Әlaqәli Xәbәrlәr