Xarici İşlər Nazirliyi heyəti Rusiyada Suriya və Liviyanı müzakirə edib

Türkiyə heyəti paytaxt Moskvada rus tərəfmüqabillərilə bir araya gəlib.

1328258
Xarici İşlər Nazirliyi heyəti Rusiyada Suriya və Liviyanı müzakirə edib

Türkiyədən Rusiyaya səfər edən heyət görüşlər keçirməyə başlayıb.

Türkiyə heyəti paytaxt Moskvada rus tərəfmüqabillərilə bir araya gəlib.

Yığıncaqda Liviyadakı hadisələr və Suriyanın İdlib bölgəsindəki son vəziyyət müzakirə edilib.

Türkiyə heyətinə xarici işlər nazirinin müavini Sedat Önal başçılıq edib.

Heyətdə diplomatlarla yanaşı Milli Müdafiə Nazirliyi və Kəşfiyyat İdarəsindən nümayəndələr də yer alıb.

İdlibdə rejimin artan hücumları görüşün əsas gündəm maddələrindən biri olub.

Hücumlardakı mülki vətəndaş ölümlərindən danışılıb, Türkiyəyə istiqamətli köç dalğasına diqqət çəkilib.

Görüşün digər gündəm maddəsi isə Liviya olub.

Şerqi Aralıq dənizində balansı dəyişən razılaşma da müzakirə olunub.

Ölkədə sabitliyin təmin olunması üçün atılacaq addımlardan danışılıb.

Türkiyənin mövqeyi dəqiq şəkildə ortaya qoyulub.

Heyətlər ayrıca 8 yanvarda prezident Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında Türkiyədə keçiriləcək görüşün hazırlıqları da müzakirə edilib.



Әlaqәli Xәbәrlәr