Ərdoğan: “Nümayəndə heyəti Rusiyada İdlib bölgəsindəki son vəziyyəti müzakərə edəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki son vəziyyəti müzakirə etmək məqsədilə bu gün Rusiyaya bir heyətin gedəcəyini bildirdi.

1327704
Ərdoğan: “Nümayəndə heyəti Rusiyada İdlib bölgəsindəki son vəziyyəti müzakərə edəcək”

Prezident Rəcəb Tayyib Ərdoğan Suriyanın İdlib bölgəsindəki son vəziyyəti müzakirə etmək məqsədilə bu gün Rusiyaya bir heyətin gedəcəyini bildirdi.

Ərdoğan İstanbuldakı Dolmabağça sarayında keçirilən “Elm yayma” mükafat mərasində etdiyi çıxışda “Hazırda milli gəlirə nisbətlə xüsusilə az inkişaf etmiş ölkələrə ən çox dəstək verən ölkələrin başında Türkiyə yer alır” deyə söyləyib.

Prezident Ərdoğan Türkiyənin Suriyadan qaynaqlanan daha yeni bir köç dalğasına dözə bilməyəcəğinə diqqət çəkərək deyib:

“4 milyon insanın yaşadığı İdlibdəki son qətliamlar səbəbindən bu bölgədə təkrar ciddi bir fəallıq baş verib. Bombardmandan qaçan 80 mindən artıq idlibli qardaşımız ölkəmizin sərhədləri istiqamətində köç etməyə başlayıb. İdlib xalqına qarşı bu vəhşətə son qoyulmayacağı təqdirdə bu rəqəm daha da artacaqdır. Bu şərtlərdə Türkiyə bu köçün yükünü tək başına daşıya bilməz. Bizim məruz qalacağımız təzyiqin mənfi nəticələri başda Yunanıstan olmaqla bütün avropalı ölkələrin də hissə edəcəyi mövzuya çevriləcək. Biz Rusiya rəsmilərilə hücumlara son qoyulması üçün lazım gələn cəhdi göstəririk, göstərməkdə də davam edəcəyik. Bir nümayəndə heyətini Moskvaya göndəririk, görüşlər keçirəcəklər və əldə olunacaq nəticəyə görə biz də  atacağımız addımları müəyyən edəcəyik”.

Ərdoğan Avropa ölkələrini Türkiyəni Suriyada atdığı qanuni addımlar səbəbindən küncə sıxışdırmaq əvəzinə, enerjilərini İdlibdəki qətliamın qarşısını almaq üçün ortaya qoyamağa dəvət etdiklərini, digər addımların İdlibdəki yanğının öz torpaqlarına sıçramasına mane ola bilməyəcəyini söyləyib.



Әlaqәli Xәbәrlәr