R.T. Әrdoğan: ‘‘İslam aləminin taleyi BMT TŞ-in beş daimi üzvünün qәrarlarından asılı olmamalıdır’’

Türkiyә prezidenti Malayziyanın ev sahibliyindә tәşkil edilәn Kuala Lumpur Sammitindә çıxış edib.

1325909
R.T. Әrdoğan: ‘‘İslam aləminin taleyi BMT TŞ-in beş daimi üzvünün qәrarlarından asılı olmamalıdır’’
erdogan.jpg
erdogan.jpg
erdogan.jpg
erdogan.jpg

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Birlәşmiş Millәtlәr Tәşkilatının Tәhlükәsizlik Şurasının strukturunun dәyişdirilmәsinin  әhәmiyyәtini bir daha vurğulayıb.

Türkiyә prezidenti Malayziyanın ev sahibliyindә tәşkil edilәn Kuala Lumpur Sammitindә çıxış edib.

Әrdoğan  İran prezidenti Hәsәn Ruhani ilә Qәtәr Әmiri Tamim Bin Hәmmad Әl Taninin dә iştirak etdiyi sammitdә 50-dәn çox ölkәnin 650 tәmsilçisinә müraciәt edib.

BMT Tәhlükәsizlik Şurasının strukturunun dәyişdirilmәsinin vacibliyini vurğulayan Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘1.7 milyard insanın taleyi BMT Tәşhlükәsizlik Şurasının beş daimi üzvünün qәrarlarından asılı olmamalıdır’’.

Yalnız BMT Tәhlükәsizlik Şurasının sisteminin deyil, İslam Әmәkdaşlıq Tәşkilatının da güclәnmәsinin әhәmiyyәtini vurğulayan Türkiyә prezidenti bildirib ki, İslam alәmini bir araya gәtiran platformaların әn böyük problemi tәtbiqin çatışmazlığıdır.İslam alәmi zәif, güçsüz vә çarәsiz deyil.

‘‘İslam ölkәlәrinin әksәriyyәtinin әlindәki  imkanlara baxmayaraq müsәlmanların  böyük bir qismi yoxsulluqla mübarizә aparır’’,-deyә Türkiyә prezidenti qeyd edib.

Bölgәdә yaşanan toqquşmaların sona çatmasının da vacibliyini qeyd edәn Rәcәb Tayyib Әrdoğan deyib: ‘‘Hәmin toqquşmalar nәticәsindә hәlak olanların 94 faizi müsәlmandır. Hazırda dünyada satılan hәr üç silahdan biri Orta Şәrgә gedir. Yәni müsәlmanlar bir-birinә atәş açarkәn qәrbli silah tacirlәri daha çox pul qazanırlar’’.



Әlaqәli Xәbәrlәr