Türkiyə daha 2 il Asiya Parlament Assambleyasına (APA) başçılıq edəcək

Asiya Parlament Assambleyasının 12-ci plenar iclasında Türkiyənin təşkilata 2020-2021 dövr sədrliyini də etməsi barədə qərar alınıb.

1324431
Türkiyə daha 2 il Asiya Parlament Assambleyasına (APA) başçılıq edəcək

Türkiyə daha 2 il Asiya Parlament Assambleyasına (APA) başçılıq edəcək.

Asiya Parlament Assambleyasının 12-ci plenar iclasında Türkiyənin təşkilata 2020-2021 dövr sədrliyini də etməsi barədə qərar alınıb.

Antalyada  42 üzv ölkədən məclis sədrləri, millət vəkilləri və müşahidəçi üzvlərin iştirakı ilə keçirilən Asiya Parlament Assambleyasının 12-ci plenar iclası birgə bəyannamənin açıqlanması ilə başa çatıb.

Birgə bəyannamədə 2 ildir Asiya Parlament Assambleyasına başçılıq edən Türkiyənin 2020-2021 illərində də sədrlik etməsi qərarı yer alıb.

2022-2023 dövrü üçün isə sədrliyi təhvil almaq istəyən ölkələrin tələb etmələri istənib.

İclasın axırında İran heyəti İsrail rejimini tanımadıqları barədə Asiya Parlament Assambleyasının 12-ci plenar iclasının hesabatında qısa izahatın qeyd olunmasını istəyib. Assambleyanın Baş katibliyi isə bu tələbin yazılı verilməsini tələb edib.



Әlaqәli Xәbәrlәr