PKK/YPG mənsubu 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub
Suriyanın şimalından qaçan terror təşkilatı PKK/YPG mənsubu 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.

Suriyanın şimalından qaçan terror təşkilatı PKK/YPG mənsubu 3 terrorçu təhlükəsizlik qüvvələrinə təslim olub.
Milli Müdafiə Nazirliyinin açıqlamasında bildirilib ki, təhlükəsizlik qüvvələrinin qətiyyətli əməliyyatları nəticəsində terror təşkilatı PKK-dakı dağılma prosesi davam edir. Son olaraq Suriyanın şimalından qaçan PKK/YPG mənsubu daha 3 terrorçu Mardin/Nusaybin və Kızıltepedəki sərhəd polis bölmələrinə təslim oldu.
Milli Müdafiə Nazirliyinin “twitter” hesabında yer alan məlumatda da “Pəncə-3” əməliyyatı çərçivəsində İraqın Haftanin bölgəsində hücuma hazırlaşan 2 terrorçunun havadan dəstəklənən əməliyyatla zərərsizləşdirildiyi bildirilib.
Açıqlamada əməliyyatların sürətli şəkildə davam edəcəyi vurğulanıb.
Ölkə daxilindəki təhlükəsizlik əməliyyatları çərçivəsində də Mardinin Derik qəsəbəsi çölündə keçirilən əməliyyatda 4 terrorçu zərərsizləşdirilib.
Bölgədə əməliyyatlar davam edir.
Әlaqәli Xәbәrlәr

Türk əsgəri Ədən körfəzində daha bir il vəzifə icra edəcək
Türk əsgərlərinin Ədən körfəzindəki vəzifə müddəti daha bir il uzadılıb.