Mustafa Şentop ikitәrәfli görüşlәr keçirib

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop İran mәclisinin sәdri Әli Laricani ilә görüşüb.

1323292
Mustafa Şentop ikitәrәfli görüşlәr keçirib

 

Türkiyә Böyük Millәt Mәclisinin sәdri Mustafa Şentop İran mәclisinin sәdri Әli Laricani ilә görüşüb.

Antalyanın Kundu qәsәbәsindәki hotellәrin birindә tәşkil edilәn  ‘‘Asiya Parlamentlәrarası Әmәkdaşlığın Rolu’’ mövzusundakı ‘‘XII Asiya Parlamentarilәr Assambleyası’’ nın  iclasına ev sahibliyi edәn Mustafa Şentop İran parlamentinin sәdri Әli Laricani ilә bir araya gәlib.

Mәlumata görә, görüş mәtbuat üçün qapalı keçirilib.

Mustafa Şentop hәmçinin Oman mәclisinin sәdr müavini Abdullah bin Әli bin Abdullah Әl Amri ilә dә görüşüb.

Şentop görüşdә ölkələr arasında hər hansı bir problem olmasa da, əlaqələrin lazımi səviyyədə olmadığını söyləyib.

 “İslam dünyası daha güclü olmalıdır. Bu sәbәbdәn  Omanla ən qısa müddətdə iqtisadi və siyasi əlaqələri inkişaf etdirməliyik və gücləndirməliyik ",-deyә Türkiyә Böyük Millәt Mәclisinin sәdri qeyd edib.

Oman mәclisinin sәdr müavini Abdullah bin Әli bin Abdullah Әl Amri isә öz növbәsindә Türkiyә ilә münasibәtlәri inkişaf etdirmәk istәdiklәrini vurğulayıb.



Әlaqәli Xәbәrlәr