İbrahim Kalın ABŞ Senatının qәrarına reaksiya göstәrib

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Amerika Birləşmiş Ştatları Senatının Beynəlxalq Əlaqələr Komitəsinin Türkiyəyə qarşı  sanksiya tәtbiqini  özündә әks etdirәn qanun layihәsini qәbul etmәsinә reaksiya göstәrib.

1322363
İbrahim Kalın ABŞ Senatının qәrarına reaksiya göstәrib

Türkiyә Prezident Aparatının mәtbuat katibi İbrahim Kalın Amerika Birləşmiş Ştatları Senatının Beynəlxalq Əlaqələr Komitəsinin Türkiyəyə qarşı  sanksiya tәtbiqini  özündә әks etdirәn qanun layihәsini qәbul etmәsinә reaksiya göstәrib.

Mәlumata görә,  nəzərdə tutulan növbəti sanksiyalar Türkiyənin Suriyada həyata keçirdiyi hərbi əməliyyatlara və Rusiyadan aldığı “S-400” hava hücumundan müdafiə komplekslərinə görədir.

Dünәn Nazirlәr Kabinetinin iclası davam edәrkәn jurnalistlәrә açıqlama verәn İbrahim Kalın senatdakı prosesi yaxından izlәdiklәrini deyib.

“ABŞ Konqresində Rusiyaya məxsus S-400 hava hücumundan müdafiə sistemlərinin alınması ilə əlaqədar Türkiyəyə qarşı tətbiq olunan sanksiyalar planlarımıza  təsir göstərməyəcək, bu sistemlər ilә bağlı proses davam etdirilәcәk”,-deyә Türkiyә Prezident Aparatının mәtbuat katibi qeyd edib.

İbrahim Kalın S-400 zenit-raket kompleksindәn imtina etmәyәcәklәrini vurğulayıb.

Türkiyә Prezident Aparatının mәtbuat katibi ABŞ ilә F-35 mәsәlәsindә yaşanan proseslәri dә qiymәtlәndirәrәk deyib: "Təəssüf ki, bu məsələ artıq texniki və ya müdafiə sənayesi mövzusu deyil. Bu mәsәlә artıq  Amerikanın daxili siyasətinin mövzusuna çevrilib’’.

Qaçqın böhranına da toxunan İbrahim Kalın bildirib ki,  dekabrın 16-da İsveçrənin Cenevrə şəhərində Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən keçiriləcək Qlobal Qaçqınlar Forumunda qaçqın böhranı qlobal sәviyyәdә müzakirә edilәcәk.

Türkiyә prezidenti  Rəcəb Tayyib Ərdoğanın  forumda iştirak edəcəyini  söyləyən İbrahim Kalın  Suriyada tәhlükәsiz bölgәnin yaradılması vә qaçqınların evlәrinә tәhlükәsiz bir şәkildә qayıtması ilә әlaqәdar mәsәlәlәrin Birlәşmiş Millәtlәr Tәşkilatının Baş Katibi vә BMT-nin Qaçqınlar üzrә Ali Komissarlığı ilә müzakirә edilәcәyini deyib.

‘‘Biz qaçqınların tәhlükәsiz, könüllü vә şәrәfli bir şәkildә evlәrinә geri qayıtmalarını tәmin etmәk üçün sәylәr göstәririk’’,-deyә İbrahim Kalın vurğulayıb.



Әlaqәli Xәbәrlәr