Prezident Ərdoğan terror təşkilatı PKK-nın əlindən xilas edilən Cəfərin ailəsi ilə görüşdü

Prezident Rəcəb Tayyib Ərdoğan, separatçı terror təşkilatı PKK-dan qaçaraq xilas olan Cəfər Ceylanın ailəsi ilə telefoda görüşdü.

1320765
Prezident Ərdoğan terror təşkilatı PKK-nın əlindən xilas edilən Cəfərin ailəsi ilə görüşdü

 

Prezident Ərdoğan, 2015-ci ildə terror təşkilatı PKK tərəfindən qaçırılan 2000-ci il təvəllüdlü Cəfər Ceylanın anası Xədicə Ceylan və atası Abdülkadir Ceylan ilə etdiyi telefon danışığında onlara xoş arzularını bildirib. Ceylanın valideynləri isə cənab Prezidentə və təhlükəsizlik qüvvələrinə minnətdarlığını səsləndiriblər. Terror təşkilatı tərəfindən oğurlanan digər gənclərin də qısa müddətdə xilas olaraq evlərinə qayıdmalarını arzuladıqlarını bunun üçün dua edəcəklərini qeyd ediblər.

PKK və tərəfdarlarını lənətləyən Xədicə Ceylan: “Mən kürdəm, həyat yoldaşım kürddür. İndiyə qədər bizin həyatımıza müdaxilə edən olmadı. Oğlum 4 il əvvəl quldurlar tərəfindən oğurlandı. Allah bu zülmə məruz qalan digər çavanlarımıza sağ-salamat evlərinə qayıtmağı nəsib etsin. Bu qədər əsgər, polis nə uğurnda həyatını fəda etdi. Burada Kürd, Türk məsələsi deyə bir şey yoxdur. Terror təşkilatları öz mövqeylərini qoruyabilmək uğrunda məsum insanları öldürürlər”-deyə Xədicə Ceylan vurğulayıb.

Qeyd edək ki, terror təşkilatı PKK-nın əlindən xilas olan Cəfer Ceylan, 4 il əvvəl Diyarbakırın mərkəz Kayapınar rayonunda quldurlar tərəfindən qaçırılmışdı.



Әlaqәli Xәbәrlәr