Ərdoğan : "Bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməzlər"

Türkiyə prezidenti R.T.Ərdoğan Şərqi Aralıq dənizində Liviya ilə qəbul edilən razılaşma memorandumu ilə Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlarından istifadə etdiyini bildirib.

1320428
Ərdoğan : "Bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməzlər"

 

  "Yunanıstan, İsrail, Misir və Cənubi Kipr bizim razılığımız olmadan Şərqi Aralıq dənizində addım ata bilməz", bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan TRT-də olduğu proqramda gündəmi qiymətləndirərkən söyləyib.

  R.T.Ərdoğan Şərqi Aralıq dənizində Liviya ilə qəbul edilən razılaşma memorandumu ilə Türkiyənin beynəlxalq hüquqa əsaslanan haqlarından istifadə etdiyini bildirərək deyib: "Beləliklə, Yunanıstanın əli, qolu bağlandı, amma bunu qəbul edə bilmirlər. İndiyədək Şərqi Aralıq dənizində istədiklərini etdilər. Artıq belə olmayacaq, bizim də öz haqlarımızı tələbetmə haqqımız var.

  Başqa qazma gəmisi də alacağıq. Bu işləri nəinki Aralıq və Qara dənizlərdə, hətta beynəlxalq sularda da davam etdirəcəyik".



Әlaqәli Xәbәrlәr