Türkiyә Fransadakı vәziyyәtlә bağlı vәtәndaşlarına xәbәrdarlıq edib

Türkiyə  Fransada davam edәn etiraz aksiyaları sәbәbindәn vətəndaşlarına bu ölkәyә  səfər edərkən diqqətli olmaları ilә bağlı  xəbərdarlıq edib.

Türkiyәnin Xarici İşlәr Nazirliyindәn verilәn açıqlamada  Fransada olan vә bu ölkәyә sәfәr edәcәk Türkiyә vәtәndaşlarına  ölkәdәki qeyri-stabil vәziyyәtә diqqәt yetirmәlәri vә sәfәrlәrini bu çәrçivәdә hәyata keçirmәlәri ilә bağlı xәbәrdarlıq edib.

Açıqlamada dünәn Fransada elan edilәn tәtil vә etiraz aksiyaları sәbәbindәn  ölkәdә dəmir yol nəqliyyatının, metroların, kütlәvi nәqliyyat vasitәlәrinin  vә elektrik qatarlarının fəaliyyətində  problemlərin  yarandığı bildirilib. Türkiyә vәtәndaşlarına hәmçinin etiraz aksiyalarının keçirildiyi bölgәlәrdәn uzaq olmaları ilә bağlı da xәbәrdarlıq edilib.

Qeyd edәk ki, dekabrın 5-də Fransada son dövrlərin ən iri ümummilli tətili başlayıb. Pensiya islahatlarına qarşı yönələn tətillər ictimai nəqliyyatın işində problemlərə səbəb olub. Paris metrosunun 11 xəttində qatarlar işləməyib, üç xəttə isə hərəkət məhdudlaşdırılıb.

Әlaqәli Xәbәrlәr