İstanbul Sabiha Gökcen hava limanı "İlin ən yaxşı hava limanı" seçildi

İstanbul Sabiha Gökcen hava limanı (İSG) 30 milyon və daha çox sərnişini olan hava limanları arasında “İlin ən yaxşı hava limanı” mükafatına layiq görüldü.

1318950

Sabiha Gökçen aviasiya sənayesindəki qlobal töhfələrinə və il ərzində 30 milyonu keçən sərnişin sayına görə dünyanın aparıcı aviasiya təşkilatlarından biri olan Asiya Sakit Okean Aviasiya Mərkəzi (CAPA) tərəfindən “İlin ən yaxşı hava limanı” mükafatına layiq görüldü.

İSG-nin açıqlamasına görə, Maltada keçirilən CAPA Dünya Aviasiya Sammitində mükafatlandırma mərasimində İSG adına mükafat baş direktor Ersel Görala CAPA-nın fəxri prezidenti Peter Harbisondan tərəfindən təqdim olundu.

Türkiyənin ikinci və Avropanın 12-ci ən fəal hava limanı olan Sabiha Gökçen beynəlxalq hava limanı olaraq hələ də ildə 35 milyondan çox sərnişinə xidmət göstərdiklərini bildirən Göral "Bağlantı yolları, gələcək il tamamlanacaq metro xətti, ikinci uçuş-enmə zolağı və yeni terminal inşasının tamamlanmasından sonra Türkiyənin və İstanbulun aviaasiya sektorunda dünyanın mega aviasiya mərkəzlərindən biri olmasında əhəmiyyətli rol oynayacağıq" deyib.

Әlaqәli Xәbәrlәr