Çavuşoğlu: "Liviya Yunanıstanın təhdidlərinə baş əyməz"

Xarici işlər naziri Mövlud Çavuşoğlu Aralıq dənizində səhaliyyət sahələrinin məhdudlaşdarılmasına dair Türkiyə ilə razılaşma sənədi imzalayan Liviyanın Afina səfirini ölkədən çıxarma qərarı qəbul edən Yunanıstanın təhdidlərinə boyun əyməyəcəyini söyləyib

Çavuşoğlu: "Liviya Yunanıstanın təhdidlərinə baş əyməz"

 Xarici işlər naziri Mövlud Çavuşoğlu Aralıq dənizində səhaliyyət sahələrinin məhdudlaşdarılmasına dair Türkiyə ilə razılaşma sənədi imzalayan Liviyanın Afina səfirini ölkədən çıxarma qərarı qəbul edən Yunanıstanın təhdidlərinə boyun əyməyəcəyini söyləyib.

Çavuşoğlu İtaliyanın paytaxtı Romada mətbuat mənsublarına açıqlamasında deyib:

“Liviyanın Yunanıstan səfirini ölkədən çıxarma qərarına gəlməsi qəbul edilməzdir. Bir ölkəni təhdid etmək düzgündürmü? Bu gizli bir şey deyil. Bizim Məclisimizdə qəbul edilən bir sənədin gizli qalması mümkündürmü? Liviyaya zəng edib “O sənədi mənə göndərməsən səfirini ölkədən çıxaracağam” söyləsən Liviya belə bir şəyə baş əyməz. Adam kimi istəsəydilər Liviya da verərdi, biz də”.

3-5 dekabr tarixlərində İngiltərənin paytaxtı Londondakı NATO üzvü ölkə liderlərinin Alyansın gələcəyilə əlaqədar iki müdafiə planına da toxunan Çavuşoğlu terror təşkilatı PKK-nın Suriyadakı qolu olan YPG-nin təhdid kimi qəbul etdiyi Türkiyə planı yayımlanmadan Baltiqyanı ölkələrlə əlaqədar planın da qətiyyətlə yayılmayacağını vurğulayıb.



Әlaqәli Xәbәrlәr