Türkiyә ordusunun keçirdiyi antiterror әmәliyyatında 2 hәrbçi şәhid olub

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda qeyd olunub.

Türkiyә ordusunun keçirdiyi antiterror әmәliyyatında 2 hәrbçi şәhid olub

 

Türkiyәnin  Suriyada hәyata keçirdiyi  ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı bölgәsindә bir әsgәr şәhid olub.

Bu barәdә Türkiyәnin Milli Müdafiә Nazirliyindәn verilәn mәlumatda qeyd olunub.

Mәlumatda hәmçinin bildirilib ki,  ‘‘Pәncә-3’’ әmәliyyatı zamanı bir hәrbçi dә  şəhid olub.

Nazirlikdәn verilәn açıqlamada  separatçı terror tәşkilatı üzvlәrinin  ‘‘Sülh çeşmәsi’’ әmәliyyatının keçirildiyi bölgәyә tәşkil etdiyi hücum nәticәsindә ağır yaralanan bir әsgәrin yerlәşdirildiyi xәstәxanada edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq şәhid olduğu bildirilib.

Özünümüdafiə hüququ çərçivəsində lazımlı cavabın verildiyi  ifadə edildiyi açıqlamada tәsbit edilәn hәdәflәrin mәhv edildiyi vurğulanıb.

İraqın şimalında davam etdirilәn ‘‘Pәncә-3’’ әmәliyyatı zamanı da separatçı terror tәşkilatı PKK ilә tәhlükәsizlik qüvvәlәri arasında baş verәn qarşıdurmada bir әsgәrin şәhid olduğu, xәsarәt alan digәr әsgәrin dә xәstәxanaya yerlәşdirildiyi bildirilib.

Nazirlikdәn verilәn açıqlamada şәhidlәrә Allahdan rәhmәt, ailәlәrinә sәbr, xәsarәt alan әsgәrә şәfa dilәnib.



Әlaqәli Xәbәrlәr