Rәcәb Tayyib Әrdoğan bu gün İngiltәrәyә sәfәr edәcәk
Bu barәdә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib.

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan NATO-nun qurulmasının 70-ci ildönümü münasibәtilә bu gün İngiltәrәnin paytaxtı Londonda keçirilәcәk liderlәr sәviyyәsindәki zirvә toplantısına qatılmaq üçün bu ölkәyә sәfәr edәcәk.
Bu barәdә Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsindәn verilәn mәlumatda bildirilib. Mәlumatda 3-5 dekabr tarixlәri arasında İngiltәrәnin paytaxtı Londonda keçirilәcәk zirvә toplantısına Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan, xarici işlәr naziri Mövlud Çavuşoğlu, xәzinә vә maliyyә naziri Berat Albayrak vә milli müdafiә naziri Hulusi Akar qatılacaqlar.
Liderlәr görüşündә alyansın mövcud təhlükəsizlik mühitinə uyğunlaşması istiqamətində əldə olunan irəliləyişlər gündәmә gәtirilәcәk.
Görüşdən sonra "London Bəyannaməsi" nin qəbul ediləcəyi gözlənilir.
Prezident Ərdoğanın toplantı çәrçivәsindә bəzi dövlət və hökumət başçıları ilə görüş keçirmәsi planlaşdırılır.
Ərdoğan İngiltərə, Fransa və Almaniya liderlərinin iştirakı ilə keçiriləcək dördtәrәfli zirvә görüşünә də qatılacaq.
Görüşdә Suriya və Liviyadakı regional proseslәr müzakirə ediləcək.
Prezident Rәcәb Tayyib Ərdoğan sәfәri çәrçivәsindә hәmçinin Kembric Məscidinin açılış mərasimində dә iştirak edəcək.