Türkiyə Prezident Aparatı Mətbuat Xidməti Londonda bir sıra tədbirlər keçirəcək

Türkiyə Prezident Aparatı Mətbuat Xidməti dekabrın 3-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi NATO-nun zirvə toplantısında İngiltərənin paytaxtı Londonda bir sıra tədbirlər keçirəcək.

Türkiyə Prezident Aparatı Mətbuat Xidməti Londonda bir sıra tədbirlər keçirəcək

Türkiyə Prezident Aparatı Mətbuat Xidməti dekabrın 3-də prezident Rəcəb Tayyib Ərdoğanın iştirak edəcəyi NATO-nun zirvə toplantısında İngiltərənin paytaxtı Londonda bir sıra tədbirlər keçirəcək.

Türkiyə Prezident Aparatı Mətbuat Xidmətindən verilən açıqlamaya görə, dekabrın 2-də “Türkiyə danışıqları” (Turkey Talks) çərçivəsində panellər silsiləsində London Naval and Military Clubda “Türkiyənin NATO-dakı rolu və regional təhlükəsizlik təcrübələri” başlıqlı yığıncaq təşkil edəcək.

Türkiyənin NATO üçün, NATO-nun da Türkiyə üçün əhəmiyyətinin müzakirə olunacağı yığıncaqdan sonra Türkiyə heyəti “Financial Times Redaksiya Heyəti” üzvlərilə bir araya gələcək.  

Türkiyə heyəti dekabrın 3-də isə NATO zirvə yığıncağında keçiriləcək və dəyişən dünyada NATO-nun əhəmiyyətinin və gələcəğinin də müzakirə olunacağı “NATO Engages: İnnovating the Alliance” mövzulu əlavə tədbirə də qatılacaq.

Heyət 4 dekabr günü sabiq Mühafizakar Partiyanın millət vəkili və Birləşmiş Krallıq Avropa İttifaqından çıxış (Brexit) nazirinin xüsusi müşaviri Nik de Bois başçılığında “Türkiyənin Mühafizəkar Partiyalı Dostları” (Conservative Friends of Turkey-CFT) dəyirmi masa yığıncağında yer alacaq.

Ehtimal olunan “Brexit”dən sonra Türkiyə-Birləşmiş Krallıq əlaqələrinin iqtisadi və təhlükəsizlik xüsusiyyətlərinin müzakirə olunacağı yığıncaqda ikitərəfli əlaqələrlə yanaşı daha irəli səviyyəyə aparılması üçün təqib ediləcək yol xəritəsinə dair fikir mübadiləsi aparılacaq.



Әlaqәli Xәbәrlәr