Türkiyənin NATO-dakı siyasi nəzarəti tamdır

Milli Müdafiə Nazirliyi (MSB) Türkiyənin NATO-dakı siyasi nəzarətinin tam olduğunu bildirdi.

Türkiyənin NATO-dakı siyasi nəzarəti tamdır

Milli Müdafiə Nazirliyi (MSB) Türkiyənin NATO-dakı siyasi nəzarətinin tam olduğunu bildirdi.

MSB tərəfindən Türkiyənin NATO-ya dəstəyilə əlaqədar mətbuata açıqlama verilib.

Nazirliyin açıqlamasında bildirilib ki, NATO Türkiyənin siyasi nəzarətinin tam olduğu əhəmiyyətli bir siyasi-hərbi təşkilatdır. NATO-ya hələ də etibar edilir, təhlükələrin qarşısını alan və davamlılığı olan alyans olma xüsusiyyətini qoruyur. Ölkəmiz digər müttəfiqlərlə bölüşdüyü ortaq dəyərlərin müdafiə edilməsi barədə öhdəsinə düşən məsuliyyəti layiqli şəkildə yerinə yetirmişdir.

Açıqlamada Türkiyə Silahlı Qüvvələrinin 2019-cu ildə 23 NATO təliminə 2 min 414 hərbi qulluqçu ilə qatıldığı, 2020-ci ildə də təlimlərdə iştirak edilməsinin planlaşdırıldığı bildirilib.

Digər tərəfdən təhlükəsizlik qaynaqları tərəfindən NATO təhlükəsizlik planlarına veto qoyulmasına dair verilən açıqlamada “Prosedur normal işləyir. Türkiyə şantaj edir ifadələri qəbul edilə biləcək bir şey deyil. NATO-nun dəstəklərilə NATO-nun tam mərkəzi gücüyük. Kimsə bizim NATO-ya verdiyimiz töhfələri mübahisə edə bilməz. Türkiyə bu dəstəyilə NATO-nun tam mərkəzindədir” ifadələri işlədilib.



Әlaqәli Xәbәrlәr