Prezident Ərdoğan və Ursula von der Leyen arasında telefon danışığı olub
Prezident Rəcəb Tayyib Ərdoğan Avropa İttifaqı Komissiyasının yeni prezidenti Ursula von der Leyen ilə telefon danışığı keçirdi.

Dünən vəzifəyə başlayan Leyenin tələbi ilə baş tutan telefon danışığı zamanı, Türkiyənin Avropa İttifaqına tamhüquqlu üzvlük prosesi, 18 mart razılaşması çərçivəsində alyansın Türkiyədəki suriyalılar üçün dəstək vədi, suriyalı miqrantların Türkiyə tərəfindən Suriyanın şimalında yaradılan etibarlı zonaya könüllü və təhlükəsiz qayıtmaları kimi məsələlər müzakirə olundu.