R.T.Ərdoğan "TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

Rәcәb Tayyib Әrdoğan qeyd edib ki,  layihə plana uyğun həyata keçirilib: “TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib.

1315257
R.T.Ərdoğan "TANAP ölkələrimiz arasındakı köklü dostluğun simvoludur".

  "TANAP hər şeydən əvvəl ölkələrimiz arasındakı köklü dostluğun simvoludur". Bunu Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində keçirilən TANAP-ın 2-ci hissəsinin açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib. O deyib:

  “Layihə plana uyğun həyata keçirilib. TANAP-la ildə 16 mlrd. kubmetr Azərbaycan təbii qazının Türkiyə və Avropanın istifadəsinə təqdim edilməsi xəyaldan çıxıb reallığa çevrilib. Ölkələrimiz və bölgəmiz üçün tarixi bir andır. TANAP regional sülh layihəsidir.

  Bu layihənin başa çatdırılması üçün böyük səylər göstərdik. TANAP-ın reallaşdırılması üçün çəkilən zəhmətin boşa getmədi".

  Mәrasimdә çıxış edәn Azәrbaycan respublikasının prezidenti İlham Әliyev də bu günü tarixi gün adlandıraraq bu sözləri söyləyib: “Qardaş Türkiyə torpaqlarında olduğum üçün çox şadam. Birlikdə başladığımız TANAP Avropaya çatdı. Əminəm ki, TANAP-ın ömrü uzun olacaq.  Bu gün Cənub Qaz Dəhlizi 7 ölkəni birləşdirir və böyük bir beynəlxalq əməkdaşlıq layihəsidir’’. 

  Mәrasimdә çıxış edәn Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönməz isə layihə haqqında geniş məlumat verib.



Әlaqәli Xәbәrlәr