"Müttəfiqlərimiz Türkiyənin təhlükəsizlik narahatlıqlarını ciddi qəbul etməlidirlər", İ.Kalın

Müttəfiqlərimiz Türkiyənin təhlükəsizlik narahatlıqlarını ciddi qəbul etməlidilər. Bunu Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın deyib.

1314016
"Müttəfiqlərimiz Türkiyənin təhlükəsizlik narahatlıqlarını ciddi qəbul etməlidirlər", İ.Kalın

 

  İbrahim Kalın sosial media hesabından yaydığı açıqlamada NATO Sammitinin 3-4 dekabrda Böyük Britaniyanın paytaxtı Londonda keçiriləcəyini xatırladaraq: “Türkiyə NATO-nun ən böyük ikinci ordusuna sahib və Avropa İttifaqına tam hüquqlu üzvlük yolunda irəlliyən güclü üzvüdür. Müttəfiqlərimiz Türkiyənin milli təhlükəsizliyinə yönəlik təhdidləri ciddi qəbul etməli və bunları aradan qaldırmaq üçün əməkdaşlıq çərçivəsində addım atmalıdılar”, - deyib. 

  Qeyd edək ki, Amerika Birləşmiş Ştatları tərəfindən separatçı terror təşkilatı PKK/YPQ-nin təhdid olaraq əks etdirən NATO planına etiraz olunub. Türkiyə də buna cavab olaraq alyansın Baltikyanı ölkələri və Polşa ilə bağlı təhlükəsizlik planını təsdiq etməyib.



Әlaqәli Xәbәrlәr