Prezident Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının quruluşunu tənqid edib

Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 35-ci İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin toplantısında çıxış edib.

1313639
Prezident Rəcəb Tayyib Ərdoğan BMT Təhlükəsizlik Şurasının quruluşunu tənqid edib

Prezident Rəcəb Tayyib Ərdoğan İslam Əməkdaşlıq Təşkilatının 35-ci İqtisadi və Ticari Əməkdaşlıq Daimi Komitəsinin toplantısında çıxış edib.

Ərdoğan bildirib ki, İslam aləmi bir divarın kərpicləri kimi bir-birinə kilidlənmədiyi müddətdə asanlıqla manipulyasiya olunacaq.

Prezident BMT-nin strukturunu da tənqid edib: “İslam aləminin öz gələcəyi üzərində azad şəkildə qərar vermək və tətbiq etmək ixtiyarı yoxdur. Diqqət edin, BMT Təhlükəsizlik Şurasının daimi üzvlərinin içində bir müsəlman ölkəsi yoxdur. Bu ədalətsiz sistemin davam etməsi mümkün deyil. Hər şey beş daimi üzvün, hətta onlardan birinin dodaqlarının arasındadır. Onlar nə deyirlərsə, odur. Qurumun beş daimi, on beş müvəqqəti üzvü var. Müvəqqəti olanların içində bir-iki müsəlman ölkəsi var. BMT TŞ-nın quruluşu dünya əhalisinin coğrafi və dini əsasları nəzərdə tutularaq yenidən müəyyənləşdirilməlidir.

Ərdoğan çıxışında ayrıca Albaniyada dünən baş verən zəlzələnin fəsadlarının aradan qaldırılması üçün “yardıma hazırıq” mesaj verib.

Prezident Ərdoğan daha sonra İstanbul Xəliç Konqres Mərkəzində keçirilən MÜSİAD-ın (Müstəqil iş adamları təşkilatı) tədbirində iştirak edib.

Ərdoğan etdiyi çıxışda Türkiyənin öz daxilində çox gəniş sərmayə qoyuluşu və ölkə xaricində xeyli geniş ticarət gücü olan bir ölkə olduğunu qeyd edib.

Prezident çıxışında 2022-ci iləd yerli xəbərləşmə peyki “Türksat 6A”nın fəaliyyətə başlayacağını da vurğulayıb.



Әlaqәli Xәbәrlәr