Türkiyə ilk yerli və milli raketini uğurla sınaqdan keçirdi

Sənaye və Texnologiya Nazirliyi yerli imkanlarla buraxılan Bozdoğan raketinin sınağına dair açıqlama verib.

Türkiyə ilk yerli və milli raketini uğurla sınaqdan keçirdi

Nazirliyin şərhində: “Milyonlarla dollar ödəyərək satın alınan havadan havaya raketlərin eynisinin yerli və milli imkanlarla kütləvi istehsalına başlayırıq. Qırıcılara quraşdırılacaq Bozdoğan raketi uğurla sınaqdan keçirildi. Bu raketlər Milli Döyüş Təyyarələri və F-16-lara quraşdırılacaqdır. İnfraqırmızı axtarış başlığa sahib Bozdoğan, 2010-ci ildə inventara daxil olacaq.

Bildirilib ki, Türkiyə Bozdoğan raket ilə havadan havaya raketlər istehsal edən 9 ölkə arasında iştirak edir.



Әlaqәli Xәbәrlәr