Süleyman Soylu saxlanılan DEAŞ terrorçusu ilә bağlı açıqlama verdi

Türkiyәnin Tәhlükәsizlik qüvvәlәri Suriyanın Azez şәhәrindә DEAŞ-a üzv terrorçunu saxlayıb.

1310770
Süleyman Soylu saxlanılan DEAŞ terrorçusu ilә bağlı açıqlama verdi

 

 

Türkiyәnin Tәhlükәsizlik qüvvәlәri Suriyanın Azez şәhәrindә DEAŞ-a üzv terrorçunu saxlayıb.

Bu barәdә Türkiyәnin daxili işlәr naziri Süleyman Soylu mәlumat verib. O, saxlanılan ‘‘Әl Nasır Ubeydә’’ lәqәbli Yusif Huba adlı  terrorçunun Daxili işlәr Nazirliyinin tәhlükәli terrorçular siyahısında olduğunu vurğulayıb.

Әmәliyyatın tәfәrrüatları ilә bağlı açıqlama verәn Süleyman Soylu Yusif Hubanın internet vasitәsilә terrorçu-kamikadzelәrә tәlim keçdiyini deyib.

"Azezdə tutulan terror təşkilatı  DAEŞ-ın başçısı  ‘‘Abu Cihad əl din Nasır Ubeydә’’ lәqәbli Yusif Huba terror tәşkilatının әn tәhlükәli üzvü idi. Bu terrorçu torrorçu-kamikadzelәrә bombaların hazırlanması ilә bağlı  tәlim  keçirdi. Rusiyada 2018-ci ildә törәdilәn bombalı hücumu, Almaniyanın Hamburq şәhәrindәki ticarәt mәrkәzindә hәyata keçirilәn hücumu planlaşdıran şәxs budur’’,-deyә Türkiyәnin daxili işlәr naziri qeyd edib.

Nazir Süleyman Soylu terrorçunun hazırda  Suriyada dindirildiyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr