Mevlüt Çavuşoğlu Yapon həmkarı  ilə görüşdü

Xarici işlər naziri Mevlüt Çavuşoğlu G20 Xarici İşlər Nazirləri yığıncağına qatılmaq üzrə Yaponiyanın Naqoya şəhərinə reallaşdırdığı səfər çərçivəsində Yapon həmkarı Motegi Toşimitsu ilə görüş keçirdi.

1310872
Mevlüt Çavuşoğlu Yapon həmkarı  ilə görüşdü

Yaponiya Xarici işlər naziri görüşdən sonra verdiyi açıqlamada Yaponiyanın strateji ortağı və regionun güclü ölkəsi Türkiyə ilə əlaqələrə üstünlük verdiklərini bildirib. Çavuşoğlu ilə görüş zamanı ikitərəfli və regional mövzuları müzakirə etdiklərini qeyd edib.

Xarici işlər naziri Çavuşoğlu da çox sevdiyi və ikitərəfli münasibətləri yüksək qiymətləndirdiyi Yaponiyada olmağın xoşbəxtliyini yaşadığını ifadə edərək Motegi-yə yeni vəzifəsində uğurlar arzulayıb.

Türkiyə-Yaponiya əlaqələrini həmkarı Motegi ilə əməkdaşlıq çərçivəsində daha irəli pillələrə qaldıracaqlarını deyən Çavuşoğlu Motegini Türkiyəyə dəvət etdiyini bildirib.

Xarici işlər naziri Çavuşoğlu Yaponiyaya səfəri çərçivəsində Türkiyənin Naqoya Baş konsulluq binasının açılış mərasiminə də qatıldı. Daha sonra Aichi əyalət valisi Hideaki Ohmura ilə bir araya gəlib. Çavuşoğlu həmin görüşdən sonra sosial media hesabından yaydığı açıqlamada : "7,5 milyon əhalisi olan və Yaponiyanın 4-cü ən böyük əyalətinin paytaxtı Naqoya minlərlə vətəndaşımıza ev sahibliyi edir”.



Әlaqәli Xәbәrlәr