“Həyata keçirilən əməliyyatlar nəticəsində sərhəd bölgəmizdə təhlükəsizlik təmin olundu", H.Akar

Milli müdafiə naziri Hulusi Akar Türkiyənin sərhədindən kənarda keçirilən əməliyyatlar nəticəsində Suriyanın şimalında terror dəhlizi, terror dövləti qurma xəyallarının sona çatdığını söyləyib.

1310556

Akar Türkiyə Böyük Millət Məclisi (TBMM) Planlaşdırma və Büdcə Komissiyasında Nazirliyinin 2020-ci ilə olan büdcəsinin təqdimatından sonra millət vəkillərinin suallarına cavab verib.

“Həyata keçirilən əməliyyatlar nəticəsində sərhəd bölgəmizdə təhlükəsizlik təmin olundu” deyən Akar 400 mindən çox suriyalının evinə qayıtdığını bildirib.

Akar “Rusiyadan alınan “S-400” hava müdafiə sistemləri fəal hala gətiriləcəkmi?” sualına isə belə cavab verib: “Quraşdırma və təlim fəaliyyətləri tamamlandığı zaman planlaşdırdığımız fəaliyyətə uyğun olaraq proses davam edəcək və sistem fəal hala gələcək”.

Milli müdafiə naziri Hulusi Akar ayrıca, Türkiyəyə “F-35” sistemlərinin 4-nün faktiki olaraq təhvil verildiyini, birinin isə yenə verilmək üzrə qarajda gözlədildiyini xatırladıb.

Akar Malatya şəhərində “F-35”-in yerləşdiriləcəyi yerlərin də müəyyən edildiyini bildirərək, prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Donald Tramp görüşündən sonra iki ölkə arasında mövzuya dair bir heyət qurulması barədə razılıq əldə olunduğunu da xatırladıb.

Әlaqәli Xәbәrlәr