Hollandiya vətəndaşı 2 terrorçu deportasiya edildi
Türkiyə Hollandiya vətəndaşı 2 terrorçunun deportasiya edildiyini açıqladı.

Türkiyə Hollandiya vətəndaşı 2 terrorçunun deportasiya edildiyini açıqladı.
Daxili İşlər Nazirliyinin açıqlamasında xarici terrorçuların ölkələrinə geri qaytarılması prosesinin davam etdiyi bildirilib.
Açıqlamada noyabrın 19-da həmin çərçivədə 2 Hollandiya vətəndaşı terrorçunun ölkələrinə geri qaytarıldığı qeyd edilib.
Digər tərəfdən, Hollandiya Prokurorluğunun açıqlamasında bildirilib ki, Suriyadan Türkiyəyə keçən və ölkədən çıxarılan iki DEAŞ-lı qadın terrorçu noyabrın 19-da Amsterdam Şiphol hava limanında saxlanıldı.
Açıqlamada 3 və 4 yaşlarında uşağı olan 25 yaşındakı DEAŞ-lı qadının oktyabr ayının sonunda Hollandiyanın Ankara Səfirliyinə müraciət etdiyi, digər qadının isə, 2018-ci ilin yanvar ayında Türkiyədə saxlanıldığı qeyd olunub.
Açıqlamada DEAŞ-dan olan iki qadın terrorçunun cümə günü Rotterdam məhkəməsinə göndəriləcəyi bildirilib.
Qeyd edək ki, 11-19 noyabr tarixləri arasında 10 alman, bir danimarkalı, bir ingilis, bir amerikalı və 2 hollandiyalı Türkiyədən deportasiya edildi.
Türkiyədəki geri göndərmə mərkəzlərində hələ də 36 vətəndaşlığı bəlli olan, bir vətənsiz ilə 2 vətəninin müəyyən edilməsi üçün fəaliyyətlərin davam etdiyi 944 xarici terrorçu var.
Әlaqәli Xәbәrlәr

Rәcәb Tayyib Әrdoğan “TEKNOFEST Azərbaycan” festivalında çıxış edib
‘‘Biz kimsənin torpağına, suverenliyində göz dikməmişik, amma kimsəyə verəcək torpağımız da yoxdur’’