"Ərdoğan bunu ABŞ-da da açıq söylədi: bu yolda geriyə addım yoxdur", İ.Kalın

Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın S-400-lərlə əlaqədar Amerika Birləşmiş Ştatları ilə ortaq bir işin başlandığını açıqladı.

1307535
"Ərdoğan bunu ABŞ-da da açıq söylədi: bu yolda geriyə addım yoxdur", İ.Kalın

 

  Türkiyə Prezident Aparatının sözçüsü İbrahim Kalın S-400-lərlə əlaqədar Amerika Birləşmiş Ştatları ilə ortaq bir işin başlandığını açıqladı.

  “TRT Haber”in 15 noyabr canlı proqramında gündəmdəki prosesləri dəyərləndirən İ.Kalın mövzu ilə bağlı deyib:

  “S-400 və F-35 mövzularının həllilə bağlı proses başlanılıb. ABŞ Milli Təhlükəsizlik İdarəsinin müşaviri Robert O'Brayn və mənə tapşırılan bu işin üzərində hal-hazırda ciddi çalışırıq.

  Proses NATO-nun koordinatorluğu ilə deyil, ikitərəfli səviyyədə gedəcək. Çünki S-400 müdafiə sistemi NATO-nun müdafiə sisteminə inteqrasiya edilmədən müstəqil istifadə olunacaq.

  Türkiyə ABŞ-dan “Patriot” sistemini də almaq istəyir. Bu iki sistem bir-birinə təhdid meydana gətirmədən istifadə edilə biləcək.

  “İşlərin sonunda müəyyən bir nəticəyə varılmazsa, Türkiyə S-400-ü aktivləşdirəcək, ya yox”, bu məsələ isə hələ mövzumuz deyil. Ölkə başçımız Ərdoğan ABŞ-da da açıq şəkildə dedi ki, “Rusiya ilə müqavilələr bağlandı, müəyyən razılıqlar əldə olundu: S-400-dən geriyə addım yoxdur”.

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Amerika səfərini də qiymətləndirən İbrahim Kalın bunları söyləyib:

  “Bizim prizmamızdan ABŞ görüşləri uğurlu keçdi. Türkiyə, həmişəki kimi, hədəf maddələrini açıq və dəqiq şəkildə ifadə etdi. Amerika tərəfi isə Türkiyənin terrorla mücadiləsilə bağlı “bizim planlarımızı pozdunuz” kimi cümlələri dilə gətirdi.

  2020-ci ilin yanvar ayının ilk yarısında isə Rusiya prezidenti Vladimir Putinin Türkiyəyə səfəri və həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşü gözlənilir”.



Әlaqәli Xәbәrlәr