"ABŞ terroristə ev sahibliyi etməməlidir": F.Altun

Amerika Birləşmiş Ştatları (ABŞ) bir terroristə ev sahibliyi etməməlidir. Bunu Prezident aparatının kommunikasiya idarəsinin rəhbəri Fahrettin Altun deyib.

1307332
"ABŞ terroristə ev sahibliyi etməməlidir":  F.Altun

Fahrettin Altun, The Washington Examinerə yazılı açıqlamasında separatçı terror təşkilatı YPG / PKK / PYD / SDG-nin (Suriya demokratik qüvvələr) quldur başçısı Mazlum Kobani ləqəbli Fərhat Abdi Şahinin ABŞ-a dəvət edilməsinə sərt reaksiya verib. Bunun ABŞ qanunlarına görə cinayət olduğunu, Türkiyə və ABŞ əlaqələrinə zərbə endirəcəyini vurğulayıb. Abdi Şahinin ABŞ mediasında Suriyada DEAŞ-a qarşı mübarizə apardığı iddia edilən YPG-nin dırnaq arası komandiri kimi təsvir edilməsinin utanılacaq hal olduğunu, onun PKK terror təşkilatına söykənən keçmişinin isə YPG ilə PKK arasında fərqlilik olmadığının bariz əlaməti hesab edildiyini bildirib. Altun: “Vaşinqton belə bir terroristə ev sahibliyi etməməlidir. Vicdan sahibi olan hər kəsə soruşuram, ABŞ-nın millət vəkilləri nə üçün qırmızı bülletenlə axtarılan bir terror təşkilatı başçısını ayağının altına qırmızı xalça sərirlər?. PKK üzvlərinin ifadələri və Türk kəşfiyyatının əldə etdiyi səs lentləri və digər dəlillər terrorçu Abdi Şahinin bir çox cinayət törətdiyini konkret olaraq göz önünə sərir. Lakin bu idrak edilməlidir ki, terroristlərə hər kim dəstək verərsə versin, Türkiyənin terrora qarşı mübarizəsi aramsız davam edəcək. Ümid edirik ki, ABŞ deputatları Vaşinqtonda terrorçulara yer olmadığını göstərərlər” deyə Altun vurğulayıb.



Әlaqәli Xәbәrlәr