Rәcәb Tayyib Әrdoğan ABŞ-da görüşlәr keçirir

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Amerika Birlәşmiş Ştatlarında sәfәrdәdir.

1305419
Rәcәb Tayyib Әrdoğan ABŞ-da görüşlәr keçirir

 

Türkiyә prezidenti Rәcәb Tayyib Әrdoğan Amerika Birlәşmiş Ştatlarında sәfәrdәdir.

Türkiyә prezidenti ABŞ prezidenti Donald Trampın dәvәti ilә bu ölkәyә işgüzar sәfәr edib. Dövlәt başçısı Vaşinqtondakı Andrevs Hәrbi Hava Bazasinda Türkiyәnin Vaşinqtondakı sәfiri Sәrdar Kılıç, Türkiyәnin BMT-dәki daimi nümayәndәsi Feridun Sinirlioğlu, ABŞ Protokolunun baş direktoru Cam Henderson vә digәr rәsmi şәxslәr tәrәfindәn qarşılanıb.

Rәcәb Tayyib Әrdoğanı sәfәri çәrçivәsindә xanımı Әminә Әrdoğan, xarici işlәr naziri Mövlud Çavuşoğlu, maliyyә vә xәzinә naziri Berat Albayrak, milli müdafiә naziri Hulusi Akar, ticarәt naziri Ruhsar Pekcan, Әdalәt vә İnkişaf Partiyasının sәdr müavini Mahir Ünal, Әdalәt vә İnkişaf Partiyasının sözçüsü Ömәr Çelik, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun vә Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın müşayiәt edirlәr.

Rәcәb Tayyib Әrdoğan sәfәri çәrçivәsindә ilk olaraq ABŞ Ticarət Palatası, Xarici İqtisadi Əlaqələr Şurası və Türkiyə-ABŞ İş Şurası tərəfindən ‘‘Willard Hotel’’dә  təşkil edilən dəyirmi masa toplantısına qatılıb.

Mәtbuata qapalı keçirilәn toplantıda xarici işlәr naziri Mövlud Çavuşoğlu, maliyyә vә xәzinә naziri Berat Albayrak, milli müdafiә naziri Hulusi Akar, ticarәt naziri Ruhsar Pekcan, Türkiyә Prezident Aparatının Kommunikasiya İdarәsinin rәhbәri Fәxrәddin Altun vә Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın iştirak ediblәr.

Toplantıya hәmçinin ‘‘Pepsico’’, ‘‘Google’’, UPS, ‘‘Hilton’’, ‘’The Coca Cola Company’’, GE, ‘‘Citi’’, ‘‘Uber’’, ‘‘Türk Hava Yolları’’ (THY), ‘‘Limak’’, ‘‘TAV Hava Limanları Holding’’, ‘‘Borusan’’, ‘‘Kale Group’’ kimi şirkәtlәrin tәmsilçilәri vә Türkiyə Varlıq Fondu, Xarici İqtisadi Əlaqələr Şurası, Nasdaq və Amerika Ticarət Palatası kimi təşkilatların nümayəndələri də iştirak ediblər.
 



Әlaqәli Xәbәrlәr