Türkiyənin ev sahibliyində “Şərqi Aralıq dənizi-2019 dəvət təlimi” keçirilir

Türkiyənin ev sahibliyində Türkiyə Hərbi Dəniz Qüvvələri Komandanlığının nəzarətində “Şərqi Aralıq dənizi-2019 dəvət təlimi” 15 ölkədən 47 gəmi və 4 min 700 personalın iştirakı ilə keçirilir.

1303861

Hərbi Dəniz Qüvvələri Komandanlığının planlaşdırdığı iki ildən bir keçirilən və bu il 22-ci dəfə baş tutan təlimin ikinci mərhələsi hərbi gəmilərin Muğla vilayətinin Marmaris qəsəbəsindəki Aksaz dəniz bazasından ayrılması ilə başlayıb.

Dost və müttəfiq ölkələrin iştirakı ilə beynəlxalq səviyyədə keçirilən təlim ilə dost və müttəfiq ölkələr arasındakı qarşılıqlı iş görmə fəaliyyətlərini artırmaq və NATO-ya bildirilmiş Türkiyə Ali Hazırlıq Səviyyəli Dəniz Qüvələri Qərargahının təlim keçməsi məqsəd götürülüb.

Təlimin ikinci günü asimmetrik təhdid altında liman çıxış təlimi ilə başlayıb.

Limandan çıxan gəmilər dənizdən, havadan və qurudan istiqamətli ola biləcək gizli hücüm, təxribatçılıq və terror aktlarına qarşı birliyin təhlükəsizlik səviyyəsini ən yüksək hazırlaq səviyyəsinə qaldırıb.

Әlaqәli Xәbәrlәr