Almaniyada ilk dəfə bir türk soylu siyasətçi bələdiyyə sədri seçildi

Almaniyada türk mənşəli siyasətçi Belit Onay Hannover Bələdiyyə Başçısı seçildi.

1303934
Almaniyada ilk dəfə bir türk soylu siyasətçi bələdiyyə sədri seçildi

 

  Hannover Böyükşəhər Bələdiyyəsinə edilən seçkilərin ikinci turunda Xristian Demokratik Birlik Partiyasının dəstəklədiyi müstəqil namizəd Eckhard Scholzə qarşı yarışan Yaşıllar Partiyasının namizədi Belit Onay qələbə qazandı.

  Hannover böyük şəhər Bələdiyyəsinin internet saytında əks edən seçki nəticələrinə görə Türk mənşəli Belit Onay səslərin 52,9 faizini toplayıb.

  38 yaşlı Onay iki həftə əvvəl keçirilən seçkilərin ilk turunda da ən çox səs toplayan namized olmuşdu.

  Qeyd edək ki, 73 ildən bəri Sosial Demokrat Partiyası mənsubu bələdiyyə sədrləri tərəfindən idarə edilən Honnoverə ilk dəfə Yaşıllar Partiyasından olan biri bələdiyyə sədri seçildi.

 



Әlaqәli Xәbәrlәr