Türkiyə Mövlud Qəndilini qeyd edir

Həzrəti Məhəmmədin ad günü olan Mövlud Qəndili (Mevlit Kandili) Türkiyədə bu gün (8 noyabr) qeyd edilir.

Türkiyə Mövlud Qəndilini qeyd edir

 

  Həzrəti Məhəmmədin ad günü olan Mövlud Qəndili (Mevlit Kandili) Türkiyədə bu gün (8 noyabr) qeyd edilir.

  Həzrəti Məhəmmədin dünyaya təşrifi - Rebiyülevvel ayının 12-ci günü qeyd edilən Mövlud Qəndili İslam dünyasının mühüm gün və gecələri arasında özünəməxsus yer tutur.

  Ərəb lüğətində "doğum yeri və zamanı" mənasını verən “mövlud” sözü İslam mədəniyyətində, xüsusilə Həzrəti Məhəmmədin dünyaya gəlişini, bu münasibətlə təşkil edilən mərasimləri ifadə etmək üçün istifadə edilir.

  Türkiyənin Diyanət İşləri İdarəsi tərəfindən Mövlud Qəndili ilə bağlı ölkədə müxtəlif tədbirlər keçirilir. Bu silsilədən İstanbulda Eyüp Sultan və Fateh, Konyada Kabu, İspartada Ulu və Elazığda Yeni Məhəllə məscidlərindəki xüsusi dini proqramlar olacaq, Qurani Kərim, mövludi-şərif və dualar oxunacaq.



Әlaqәli Xәbәrlәr