"Biz Karayılanı ölü ilan edəcəyik", S.Soylu

Türkiyə əlindəki xarici ölkə vətəndaşı olan DAEŞ üzvlərini qaytarmağa başlayır.

"Biz Karayılanı ölü ilan edəcəyik", S.Soylu

 

  Türkiyənin daxili işlər naziri Süleyman Soylu DAEŞ üzvlərinin vətəndaşı olduqları ölkələrə qaytarılmasına noyabrın 11-dən etibarən başlanacağını söylədi.

  Türkiyə əlindəki xarici ölkə vətəndaşı olan DAEŞ üzvlərini qaytarmağa başlayır.

  Paytaxt Ankarada bir açılış mərasimində çıxış edən S.Soylu deyib:

  "İndi biz bunları sizə qaytaracağıq, noyabrın 11-dən etibarən.

  Bölücü terror təşkilatı PKK mənsubu, qırmızı kateqoriyadakı 2 terrorçunu da zərərsizləşdirdik. Yəqin ki, PKK dəstəbaşılarından Karayılan bərk kədərlənib. Biz Karayılanı ölü ilan edəcəyik.

  Türkiyə heç bir terror təşkilatına fərq qoymadan, insanlıq adına və şərəflə mübarizə aparmaqdadır”.



Әlaqәli Xәbәrlәr