Ərdoğan 11 noyabrı Milli Ağaclandırma Günü elan etdi

11 noyabr Türkiyədə Milli Ağaclandırma Günü elan edildi. Bunu ölkə prezidenti Rəcəb Tayyıb Ərdoğan dedi.

1301905
Ərdoğan 11 noyabrı Milli Ağaclandırma Günü elan etdi

 

  Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 11 noyabr ağaçlandırma səfərbərliyi münasibətiylə yaydığı açıqlamada ölkənin 78 milyon hektarlıq sahəsi və ekoloji baxımdan böyük zənginliyi olduğunu bildirib və bununla əlaqədar meşələrin növ və tərkib baxımından əhəmiyyət daşıdığını qeyd edib.

  Milli Ağaclandırma Səfərbərliyi ilə bağlı məlumatların ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyinin saytında yazıldığını xatırladan Ərdoğan deyib: " İnanırıq ki, 81 şəhərimizdə 2023 fərqli yerdə 3 saat ərzində 11 milyon ağacın əkilməsini və dünya rekordu qırmağı hədəfləyən bu tədbirə bütün vətəndaşlarımız könüllü olaraq hər cür dəstəyi verəcəkdir”.



Әlaqәli Xәbәrlәr