"Sülh çeşməsi" əməliyyatı bir terror dövləti qurmaq planını alt-üst etdi",İ,Kalın

Prezident Aparatının sözçüsü İbrahim Kalın "Sülh çeşməsi” hərəkatının Suriyanın şimalında bir terror dəhlizi, hətta terror dövləti qurmağı hədəf alan məqsədlərə ciddi səviyyədə son qoyduğunu bildirdi.

1300168

Kalın "Bu terror dəhlizinə çox ciddi zərbə vuruldu, lakin biz ehtiyatlı olmaqda davam edirik. Terrorçuların asanlıqla niyyətlərindən əl çəkməyəcəyini bilirik" dedi.

Prezident Aparatının sözçüsü İbrahim Kalın Prezident Kabinetinin iclası keçirilərkən təşkil etdiyi mətbuat konfransında bildirdi ki, Suriyada istər siyasi prosesin irəliləməsi, istərsə Konstitusiya Komissiyasının işinin davam etdirilməsi və qanuni, demokratik və hər qrupu əhatə edən bir hökumətin qurulması üçün seçkilər keçirilməlidir. Bunun üçün görüləsi çox iş var. Ayrıca vurğulamaq istərdik ki, terrorla mübarizə tək bir nöqtədə aparılan proses deyil, davam edən bir prosesdir. “Sülh çeşməsi” əməliyyatı sərhədimizin yalnız cənubunda, xüsusən də Suriyanın şimal və şimal-şərqində bir terror dəhlizi, hətta bir terrorçu dövlət qurmağa yönəlmiş məqsədlərə ciddi mənada son qoydu.

Türkiyənin həm öz torpaqlarında həm də bölgədəki bütün azlıqların və digər etnik qrupların təhlükəsizliyi mövzusunda ən böyük həssaslığı göstərdiyini və göstərməyə davam edəcəyini ifadə edən İbrahim Kalın “Sülh çeşməsi” əməliyyatının müvəffəqiyyətinə kölkə salmaq məqsədli təxribatçılıq fəaliyyətlərinə qarşı hər kəsin çox diqqətli olmasının vacibliyini də dilə gətirdi.

Әlaqәli Xәbәrlәr