Fransanın Ankaradakı səfiri XİN-ə çağırıldı

Fransanın Ankara səfiri Şarl Fris Fransanın dünən Xarici İşlər Nazirliyinə çağırıldı.

1298203
Fransanın Ankaradakı səfiri XİN-ə çağırıldı

Fransanın Ankara səfiri Şarl Fris dünən Xarici İşlər Nazirliyinə çağırıldı.

Fransız səfirin XİN-ə çağırılmasının səbəbi Fransa parlamentinin “Sülh çeşməsi” əməliyyatı ilə bağlı qəbul etdiyi qərarla əlaqədar olub.

Diplomatik qaynaqlardan əldə edilən məlumata görə, Fransa Parlamentinin “Sülh çeşməsi” hərəkatı ilə bağlı qərara Türkiyənin reaksiyası Xarici İşlər Nazirliyinə çağrılan Fransanın Ankara səfirinə çatdırılıb.

Xarici İşlər Nazirliyi daha əvvəl verdiyi açıqlama ilə Fransanın “Sülh çeşməsi” hərəkatı barədə qəbul etdiyi qərarı sərt şəkildə qınayaraq və rədd edərək, Suriya torpaqlarında bir terror dövləti qurmağa cəhd göstərən Fransanın məyusluğu nəticəsində bu qərarı qəbul etdiyinin yaxşı başa düşüldüyü bildirilmişdi.

Fransa Milli Məclisi srağa gün Türkiyənin cənub sərhədində qurulmağa cəhd göstərilən terror dəhlizini məhv etmək, bölgəyə sülh və dinclik gətirmək məqsədilə başlatdığı “Sülh çeşməsi” hərəkatını qınayan simvolik qərar layihəsini 121 leyində səs olmaqla qəbul etmişdi.

Suriyanın şimalındakı toqquşmalara dərhal son qoyulması istənən və “Fransanın SDG adından istifadə etdiyi terror təşkilatı YPG-yə davamlı dəstəyini təkrar etdiyi” vurğulanan layihədə əməliyyatın DEAŞ-ın yenidən ortaya çıxma riskini artırdığı iddia edilib.



Әlaqәli Xәbәrlәr