YPQ/PKK-nın hücumu nәticәsindә yaralanan şәxs hәlak oldu

Suriyada terror tәşkilatı YPQ/PKK tәrәfindәn işğal edilәn bölgәlәrdәn Mardinin Nusaybin qәsәbәsinә edilәn hücum zamanı  xәsarәt alan Şivan Çetin adlı şәxs hәlak olub.

1297463

Terror tәşkilatının oktyabrın 11-dә qәsәbәyә tәşkil etdiyi hücum nәticәsindә yaralanan Şivan Çetini edilәn bütün tibbi müdaxilәlәrә baxmayaraq xilas etmәk mümkün olmayıb.

Şivan Çetinin hәlak olması ilә şәhid sayının  9-a yüksәldiyi bildirilib.

Qeyd edәk ki, terrorçuların hücumu zamanı xәsarәt alan Şivan Çetin Diyarbәkir şәhәrindәki  xәstәxanada müalicә olunurdu.

Әlaqәli Xәbәrlәr