Xarici İşlər Nazirliyi ABŞ-ın "erməni soyqırımı"na müsbət mövqeyini sərt şəkildə tənqid etdi

Türkiyə ABŞ-ın saxta “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi “H.Res.296” saylı qətnaməni qəti şəkildə rədd edir.

1296867
Xarici İşlər Nazirliyi ABŞ-ın "erməni soyqırımı"na müsbət mövqeyini sərt şəkildə tənqid etdi

Türkiyə ABŞ Nümayəndələr Palatasında qəbul edilən dırnaqarası "Erməni soyqırımı" qərarını rədd etdiyini bildirdi.

Xarici İşlər Nazirliyinin yazılı açıqlamasında bildirildi ki, daxili siyasət (səbəblər) motivləri ilə qəbul edilən bu qərarın heç bir tarixi və hüquqi əsası yoxdur.

“Sülh çeşməsi” hərəkatına mane ola bilməyərək  zərər görənlər Türkiyədən bu yolla qisas cəh göstərirlər. Bu onların səhvidir. Bu qərarın Türkiyə hökuməti və xalqı nəzdində heç bir hüquqi əsası yoxdur" deyə açıqlamada qeyd edilib.

Açıqlamada qərarın qanuni baxımdan əsassız olduğu vurğulanaraq "ABŞ-dakı erməni lobbisi və Türkiyə əleyhdarı dairələri məmnun etmək üçün qəbul edilən siyasi bir addım olmaqdan başqa bir mənası yoxdur” deyilib.

Açıqlamada qərarın 1948-cü il tarixli Soyqırımın qarşısının alınması haqqında Konvensiyaya zidd şəkildə soyqırıma əsaslandırılması səbəbindən ABŞ qanunlarına və beynəlxalq hüquqa zidd olduğu bildirilən açıqlamada

"Beynəlxalq hüquqda 1915-ci il hadisələrini "soyqırım” olaraq" təsvir edən bir qərar yoxdur. Əksinə, Avropa İnsan Hüquqları Məhkəməsi bu məsələnin qanuni bir müzakirə mövzusu olduğuna qərar verdi. Həmin tarixdə baş verən hadisələr siyasətin déyil, tarix elminə aiddir” ifadələri yer alıb.

Türkiyənin "Ortaq Tarix Komissiyası" qurulması istiqamətində 2005-ci ildə etmiş olduğu təklifin Ermənistan tərəfindən rədd edildiyi xatırladılan açıqlamada deyilib: "Beynəlxalq və regional təhlükəsizlik baxımından fövqəladə həssas bir dövrdə qəbul edilən Türkiyə və ABŞ əlaqələrini çətinliklə üzləşdirmək məqsədli bu qərarın ABŞ-ın milli maraqlarına verdiyi və verəcəyi zərərlərin təqdiri amerikalı siyasətçi və idarəçilər ilə ABŞ xalqınındır. Digər tərəfdən, ABŞ rəhbərliyinin 1915 hadisələri mövzusundakı mövqeyində bir dəyişiklik olmaması da qeyd edilmişdir. Şübhəsiz bu qərar ABŞ Nümayəndələr Palatasının etibarına kölgə saldığı kimi, Türkiyə ictimaiyyəti ABŞ mövqeyinə də mənfi təsir bağışlayacaq. Türkiyə və ABŞ arasındakı müttəfiqlik əlaqəsinin və dostluq əlaqələrin davamına dəstək verən amerikalı dostlarımızın bu dəhşətli səhvi mühakimə edəcəklərinə və məsullarının ABŞ xalqının vicdanda mühakimə ediləcəyinə inanırıq”.

 



Әlaqәli Xәbәrlәr