Rusiyanın hərbi maşınları Türkiyə-Suriya sərhədinə çatdı

Türkiyə Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilir

1295537
Rusiyanın hərbi maşınları Türkiyə-Suriya sərhədinə çatdı

 

  Türkiyə ilə Rusiya arasında Soçidə varılan müqaviləyə əsasən etibarlı bölgədə patrul vəzifəsini icra etmək üçün Rusiya Müdafiə Nazirliyi tərəfindən göndərilən onlarla zirehli hərbi maşın Suriyaya çatdı.

  Türkiyə Müdafiə Nazirliyindən verilən yazılı məlumatda bildirilir:

  “Türkiyə ilə Rusiya arasında Soçidə varılan razılaşma çərçivəsində patrul xidmətini həyata keçirmək üçün göndərilən onlarla zirehli hərbi maşın Suriyadakı Himeymim Hava Bazasına yetişdi. Maşınlar terror təşkilatı YPQ/PKK ünsürləri və silahlarının Suriya-Türkiyə sərhədinin 30 kilometrlik ərazidən kənarlaşdırılmasına kömək edəcək Rusiya hərbi polis qüvvələrinə çatdırılacaq”.

  Qeyd edək ki, Türkiyə Müdafiə Nazirliyi bundan əvvəlki məlumatında təxminən 300 Rusiya hərbi polisinin Türkiyə-Suriya sərhədinə çatdığını bildirmişdi.



Әlaqәli Xәbәrlәr