İbrahim Kalın ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı açıqlama verib

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın dünәn Almaniyanın Deutsche Welle radiosuna  verdiyi müsahibәdә ‘‘Sülh çeşmәsi’’ (Barış Pınarı) әmәliyyatı ilә bağlı әldә olunan müvәqqәti razılaşmaya baxmayaraq pozuntuların davam etdiyini söylәyib.

1292338
İbrahim Kalın ‘‘Sülh çeşmәsi’’ әmәliyyatı ilә bağlı açıqlama verib

 

 

Türkiyә Prezident Aparatının sözçüsü İbrahim Kalın dünәn Almaniyanın Deutsche Welle radiosuna  verdiyi müsahibәdә ‘‘Sülh çeşmәsi’’ (Barış Pınarı) әmәliyyatı ilә bağlı әldә olunan müvәqqәti razılaşmaya baxmayaraq pozuntuların davam etdiyini söylәyib.

İbrahim Kalın bildirib ki, razılaşmanın ilk mәrhәlәsi ‘‘Sülh çeşmәsi’’(Barış Pınarı) әmәliyyatını müvәqqәti dayandırmaqdır, ikinci mәrhәlәsi isә terror tәşkilatı YPQ/PKK terrorçularının tәhlükәsiz bölgәdәn çәkilmәsidir.

Dünәn sabah saatlarından etibarәn YPQ/PKK terrorçularının razılaşmanı tәxminәn 20 dәfә pozduğunu ifadә edәn İbrahim Kalın qeyd edib ki, bu pozuntulara görә bir Türk әsgәri şәhid olub.

Bir gün әvvәl YPQ/PKK terrorçularının tәhlükәsiz bölgәdәn çıxmalarına icazә verildiyini, YPQ/PKK terrorçularının  bölgәdәn 86 vasitә vә tәcili tibbi yardım maşınları ilә bölgәdәn çıxdığını vә bu müddәt әrzindә  hər hansı bir hadisənin baş vermədiyini söyləyәn İbrahim Kalın bu gün axşamadәk YPQ/PKK-nın bölgәdәn tamamilә çıxacağına vә әmәliyyatın razılaşma çәrçivәsindә dayandırılmasına ümidvar olduqlarını deyib.

120 saatlıq müvәqqәti fasilәnin uzadılmayacağını vurğulayan İbrahim Kalın bildirib ki, YPQ/ PKK-nın  bölgədən tamamilә çıxması halında   ‘‘Sülh  çeşmәsi’’  əməliyyatı dayandırılacaq.

Türkiyә  Silahlı Qüvvələrinin  bölgənin mülki vәtәndaşlar  üçün etibarlı olduğunu bildirәcәyi  tәqdirdә  əməliyyatın uzadılmasına ehtiyac qalmayacağını və bölgədə humanitar fәaliyyәtlәrin  aparılacağını ifadә edәn İ.Kalın  qeyd edib ki, ‘‘Sülh çeşmәsi’’ (Barış Pınarı) әmәliyyatının hәdәflәrindәn biri bölgәnin terrorçulardan tәmizlәnmәsi vә qaçqınların evlәrinә geri qayıdmasını tәmin etmәkdir.

"Bu səbəbdən qaçqınların şəhər və qəsəbələrinə geri qayıdmaları üçün lazımi şəraiti yaratmaq istəyirik",-deyә İbrahim Kalın qeyd edib.

İ. Kalın  Türk hәrbçilәrinin bölgәdәki mövcudluğunun Suriyadakı siyasi prosesin irәlilәmәsi vә suriyalı qaçqınların ölkәlәrinә geri qayıdması baxımından әhәmiyyәtli olduğunu deyib.

"Avropalı dostlarımız bu təhlükəli və çox vacib işi gördüklərinə görə əsgərlərimizə minnətdar olmalıdırlar",-deyә Türkiyә Prezident Aparatının sözçüsü bildirib.



Әlaqәli Xәbәrlәr